Bu gün ölkəmizdə Dövlət Bayrağı günüdür!

Bu gün Gürcüstanda dövlət bayrağı günü qeyd edilir.

Ölkəmizdə bayraq günü 2012-ci ildən etibarən rəsmi olaraq təntənəli şəkildə qeyd olunur. Gürcüstanın hazırki qırmızı rəngli müasir 5 xaçdan ibarət olan bayrağı 2004-cü il yanvarın 14-də parlament çoxluğu ilə Gürcüstanın Dövlət Bayrağı kimi təsdiq olunub və rəsmi şəkildə yanvarın 14-ü Dövlət Bayrağı Günü elan olunub.

Gürcüstan dövlət bayrağı 13-cü əsrə aid hesab edilib. Qeyd edilib ki, Gürcüstan bayrağı öz qədimliyinə görə, Danimarkanın bayrağından sonra dünyada ikinci yerdədir.

Məlumat üçün bildirək ki, 1918-1921-ci illərdə mövcud olan Gürcüstan Demokratik Respublikasının bayrağı 1991-ci il Sovet İttifaqından müstəqillik əldə etmiş Gürcüstanın bayrağı statusunu davam etdirib. 2004-cu ildə isə ölkə bayrağının dəyişdirilməsinə qərar verilib. 2012-ci ildən etibarən isə bu gün rəsmi olaraq təntənəli şəkildə qeyd olunur.

Bayrağımızın Abxaziya və Cənubi Osetiyada dalğalanması arzusu ilə!

Bizi WhatsApp – da izləyin.