Marneulidə qanlı hadisə: Bir nəfər saxlanılıb – VİDEO
Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon Polis İdarəsinin əməkdaşları qəsdən sağlamlığa ağır zərər vurma ittihamı ilə 1977-ci il təvəllüdlü R.A.-nı saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs mübahisə zəminində soyuq silahdan istifadə edərək 1979-cu il təvəllüdlü S.C.-yə bıçaq xəsarəti yetirib və hadisə yerindən qaçıb.
Yaralanan kişi klinikaya yerləşdirilib, ona müvafiq tibbi yardım göstərilir.
Hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaq tədbirləri nəticəsində R.A. təqsirləndirilən şəxs qismində saxlanılıb. Cinayətin törədilməsində istifadə olunan silah — bıçaq maddi sübut kimi götürülüb.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsi ilə aparılır ki, bu da 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Bizi WhatsApp – da izləyin.