Sosial yardım alan vətəndaşların nəzərinə!

Sosial cəhətdən aztəminatlı ailələrin elektrik enerjisi xərcləri 2026-cı ildə də subsidiyalaşdırılacaq. Bu barədə qərar hökumət tərəfindən qəbul edilən və artıq qüvvəyə minmiş dəyişikliklərdə əksini tapıb.

Qərara əsasən, sosial-iqtisadi vəziyyət göstəricisi (reytinq balı) 150 minədək olan aztəminatlı ailələr elektrik enerjisi subsidiyasından yararlanacaqlar. Qeyd edək ki, Tbilisidə yaşayan sosial cəhətdən aztəminatlı ailələr üçün subsidiya 6 ay, ölkənin digər bölgələrində isə ilboyu tətbiq ediləcək.

Kommunal xərclərin subsidiyalaşdırılması şərtləri

Yardım çərçivəsində aylıq istehlak edilən maksimum 200 kVt-saat elektrik enerjisinin hər 1 kVt-saatı üçün 3,5 tetri məbləğində subsidiya nəzərdə tutulur və bu, aşağıdakı qaydada həyata keçiriləcək:

  • 1 yanvar – 31 dekabr 2026-cı il tarixləri arasında — məlumat bazasında qeydiyyatda olan, reytinq balı 70 000-dən çox və 150 000-dən az və ya ona bərabər olan ailələr üçün (Tbilisi şəhərinin inzibati sərhədlərində qeydiyyatda olan ailələr istisna olmaqla);
  • 1 aprel – 31 oktyabr 2026-cı il tarixləri arasında — reytinq balı 70 000-dən çox və 150 000-dən az və ya ona bərabər olan və məlumat bazasına əsasən Tbilisi şəhərində yaşayan ailələr üçün.

Bu barədə hökumət qərarında qeyd olunub.

Bununla yanaşı, qərara əsasən, iyun–dekabr ayları ərzində Tbilisi, Rustavi və Mtsxeta şəhərlərində yaşayan, reytinq balı 70 min və daha aşağı olan sosial cəhətdən aztəminatlı ailələrə içməli su və kanalizasiya xərcləri də subsidiyalaşdırılacaq.

Sənədə əsasən, 2026-cı ilin yanvarından dekabrınadək, hər ay üzrə məlumat bazasında qeydiyyatda olan və qeyd olunan şəhərlərdə yaşayan bu ailələr üçün içməli su/kanalizasiya haqqı istehlak və ya abonent ödənişi əsasında subsidiyalaşdırılacaq. Subsidiyanın məbləği ayda maksimum 100 lari təşkil edəcək.

Bizi WhatsApp – da izləyin.