Baş nazirin növbəti görüşü təyin edildi: Dərman və yanacağın qiyməti də araşdırılacaq
Məhsulların qiymətlərinin endirilməsi və vətəndaşlar üçün sosial təzyiqin azaldılması – baş nazirin təşəbbüsü üzərində iş davam edir. Gələn həftə hökumətin əlaqələndirmə komissiyası çərçivəsində baş nazir sahibkarlar və dərman şirkətlərin nümayəndələri ilə görüşəcək. Ərzaq məhsulları ilə yanaşı, komissiya dərman və yanacaq bazarlarının da araşdırılmasını planlaşdırır.
İrakli Kobaxidze müxtəlif qurumların rəhbərləri ilə birlikdə artıq iri şəbəkə marketlərinin və distribütor şirkətlərin nümayəndələri ilə görüş keçirib.
Paralel olaraq, qiymətlərin formalaşma prosesini araşdırmaq məqsədilə Dövlət Təhlükəsizliyi Xidməti və Maliyyə Nazirliyinin İstintaq Xidməti supermarket şəbəkələrində və distribütor şirkətlərdə sənədləri yoxlayır.
Bizi WhatsApp – da izləyin.