TİBB BACILARININ NƏZƏRİNƏ! 26 yanvardan qeydiyyatdan keçmək məcburi olacaq!

Tibb bacıları və akuşer tibb bacıları üçün dövlət reyestri yaradılır. Reyestr çərçivəsində onların avtorizasiyadan keçməsi məcburi olacaq. Reyestrin aparılması qaydası artıq təsdiqlənib, yeni tənzimləmələr isə 2026-cı il 26 yanvar tarixindən qüvvəyə minəcək.

Sənədə əsasən, dövlət reyestri vahid və tam məlumat bazasının formalaşdırılmasını təmin edəcək. Həmin bazada dövlət sertifikatının və ya qeydiyyat şəhadətnaməsinin verilməsi, qüvvəsinin dayandırılması, bərpası, ləğvi, habelə dublikatının verilməsi ilə bağlı məlumatlar əks olunacaq.

Qeyd olunan dəyişikliklərin əsas məqsədi tibb bacıları və akuşer tibb bacılarının peşə fəaliyyətinin hüquqi tənzimlənməsinin gücləndirilməsi və səhiyyə sistemində şəffaflığın artırılmasıdır.

Bizi WhatsApp – da izləyin.