Rusiya “Roshen”in fabikini vurdu – FOTO
Rusiya Silahlı Qüvvələri yanvarın 24-nə keçən gecə Ukraynaya kütləvi raket və dron hücumu həyata keçirib.
RealNews.ge xarici KİV-ə istinadən xəbər verir ki, zərbələr nəticəsində ümumilikdə 1 nəfər ölüb, azı 4 nəfər yaralanıb.
Hücuma məruz qalan obyektlər arasında “Roshen” şirkətinin Kiyevdə yerləşən şirniyyat istehsalı fabriki də var. Hücum nəticəsində 1 nəfər həlak olub, daha 2 nəfər yaralanıb. Binanın yuxarı mərtəbəsində dağıntılar qeydə alınıb.
Qeyd edək ki, “Roshen” şirkətinin təsisçisi Ukraynanın sabiq Prezidenti Petro Poroşenkodur.
Bizi WhatsApp – da izləyin.
