Gürcüstanda narkotik əkib becərən Azərbaycan vətəndaşları saxlanılıb – VİDEO
Hüquq-mühafizə orqanları narkotik cinayəti ittihamı ilə üç nəfəri saxlayıb – xüsusilə külli miqdarda narkotik vasitələr müsadirə olunub.
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin əməkdaşları tərəfindən xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və satışına yardım, eləcə də tərkibində narkotik maddə olan bitkilərin qanunsuz əkilməsi və becərilməsi ittihamı ilə 3 nəfər saxlanılıb. Saxlanılanlar: 1992-ci il təvəllüdlü D.M. və Azərbaycan Respublikasının vətəndaşları – 2001-ci il təvəllüdlü R.H. və 1991-ci il təvəllüdlü H.D.-dir.
Narkotik cinayəti ittihamı ilə saxlanılan şəxslərin üzərlərinə və yaşayış evlərinə baxış zamanı xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələr maddi sübut kimi götürülüb. Onların arasında satış üçün hazırlanmış 75 büküm “metadon”, qurudulmuş “marixuana” və “kannabis bitkisi” də var.
Bundan əlavə, narkotik vasitələrin becərilməsi və qablaşdırılması üçün nəzərdə tutulan materiallar da müsadirə olunub.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 260-cı prim və 265-ci prima maddələri ilə aparılır. Qeyd olunan maddələr 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
- Bizi WhatsApp – da izləyin.