Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlya 93 yaşında vəfat edib

Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlya 93 yaşında vəfat edib.

Bu barədə Gürcüstan Patriarxlığı taxtının vəkili, yepiskop Şio Mujiri “Qafqaz Tibb Mərkəzi”ndə açıqlama verib.

Səhhətinin pisləşməsi səbəbindən II İlya əvvəlcə Çapidzə klinikasına, daha sonra isə “Qafqaz Tibb Mərkəzi”nə köçürülmüşdü.

“İndi deməli olduğum şeyi söyləmək mənim üçün çox çətindir. Bir neçə dəqiqə əvvəl bütün Gürcüstanın Katolikos-Patriarxı, Müqəddəs və Mübarək II İlya vəfat etdi.

O, epoxal bir insan idi, bütün dünya pravoslav kilsəsi üçün çox böyük itkidir. Hər bir gürcüyə, bütün Gürcüstana, bizim kilsəmizə və bütün xristian aləminə başsağlığı verirəm.

O, bütöv bir epoxa yaratdı. Onun haqqında bir neçə sözlə danışmaq çətindir, çünki çox böyük bir şəxsiyyətdən söhbət gedir. Onun xidmətləri sayəsində Tanrı Gürcüstanı yenidən həqiqi imana qaytardı. O, həm sözün birbaşa, həm də məcazi mənasında kilsəmizin böyük qurucusu idi. Bu gün kədərimiz çox böyükdür”, – deyə yepiskop Şio bildirib.

RealNews kollektivi olaraq Gürcüstan xalqına və bütün xristian aləminə başsağlığı veririk!

Bizi WhatsApp – da izləyin.