SON DƏQİQƏ! Gürcüstanda matəm elan edildi
Gürcüstanda matəm elan olunub.
Hökumətin qərarına əsasən, ölkə üzrə inzibati binalarda dövlət bayraqları endiriləcək.
Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlia 93 yaşında vəfat edib.
Rəsmi açıqlama “Qafqaz Tibb Mərkəzi”ndə yepiskop Şio tərəfindən verilib.
Patriarx mədədən güclü qanaxma ilə “Qafqaz Tibb Mərkəzi”ndə müalicə olunurdu. O, reanimasiyanın kritik şöbəsində yerləşdirilmişdi.
II İlia 23 dekabr 1977-ci ildə bütün Gürcüstanın Katolikos-Patriarxı seçilmişdi.
Bizi WhatsApp – da izləyin.