Əbu-Dabidə raketin qalıqlarının düşməsi nəticəsində Pakistan vətəndaşı ölüb

Pakistan vətəndaşı Əbu-Dabinin Bəni-Yas rayonunda Birləşmiş Ərəb Əmirliklərinin hava hücumundan müdafiə qüvvələri tərəfindən vurulan ballistik raketin qalıqlarının düşməsi nəticəsində həlak olub.

Bu barədə əmirliyin mətbuat xidmətinin sosial şəbəkələrdəki məlumatında bildirilib.

“Əbu-Dabinin səlahiyyətli xidmətləri hava hücumundan müdafiə sistemləri tərəfindən vurulan ballistik raketin qalıqlarının Bəni-Yas rayonuna düşməsi nəticəsində baş verən hadisəyə reaksiya verib”, – məlumatda qeyd olunur.

Bizi WhatsApp – da izləyin.