İsrail ilk dəfə Xəzər dənizində İran gəmilərinə zərbə endirib
İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Hərbi Hava Qüvvələri ilk dəfə Xəzər dənizində İran hədəflərinə zərbə endirib.
Bu barədə İsrail mətbuatı məlumat yayıb.
Bildirilib ki, zərbələr İran Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi gəmilərə yönəlib.
Daha əvvəl İran Xəzər dənizi sahilində yerləşən Bəndər-Ənzəli şəhəri yaxınlığında zərbələr endirildiyini açıqlamışdı. Həmin ərazidə İran Hərbi Dəniz Qüvvələrinin qərargahlarından biri yerləşir.
Bizi WhatsApp – da izləyin.