Xarici İşlər Nazirliyi ABŞ-ın Gürcüstan vətəndaşları ilə bağlı qəbul etdiyi viza qərarına münasibət bildirib

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, ABŞ-ın Gürcüstan vətəndaşlarına qeyri-immiqrant vizalarının verilməsinə girov qoymaq qərarı, Gürcüstan vətəndaşları tərəfindən ABŞ viza siyasətinin pozulması hallarının yüksək olması ilə əlaqədardır.

Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi açıqlama yayıb.

Nazirlik vətəndaşları vizaların şərtlərinə ciddi əməl etməyə çağırır:

“ABŞ-ın qərarı təəssüf ki, Gürcüstan vətəndaşlarının vizaları pozma hallarının yüksək olması ilə əlaqədardır. Prezident Tramp administrasiyasının sərt miqrasiya siyasəti konkret addımlarda öz əksini tapır və bu qərar da həmin siyasətin bir hissəsidir. Gürcüstan vətəndaşlarını ABŞ vizası qaydalarına ciddi riayət etməyə və mövcud viza rejimini pozmamağa çağırırıq. Bu, Gürcüstanın ABŞ ilə əməkdaşlığını davam etdirməsi üçün imkan yaradacaq”, – deyə nazirlikdən bildirilib.

Məlumat üçün bildirək ki, Gürcüstan vətəndaşlarının müəyyən növ Amerika vizaları üçün 15.000 dollara qədər viza depoziti ödəməli olduğu ölkələrin siyahısına əlavə edilib.

Bizi WhatsApp – da izləyin.