Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirliyində başsağlığı verib

Azərbaycanın Baş naziri Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirliyində başsağlığı verib.

Bu barədə Azərbaycan Nazirlər Kabineti məlumat yayıb.

Ə.Əsədov səfirliyə gedərək Bütün Gürcüstanın Katalikos-Patriarxı, görkəmli din xadimi II İliya həzrətlərinin vəfatı ilə əlaqədar başsağlığı kitabına ürək sözlərini qeyd edib.

Bizi WhatsApp – da izləyin.