ABŞ Prezidenti və Böyük Britaniyanın Baş naziri Hörmüz boğazındakı vəziyyəti müzakirə ediblər

ABŞ Prezidenti Donald Tramp və Böyük Britaniyanın Baş naziri Kir Starmer telefon danışığı aparıblar.

Bu barədə BBC Böyük Britaniya Baş nazirinin ofisinə istinadən məlumat yayıb.

Məlumata görə, liderlər Yaxın Şərqdəki mövcud vəziyyəti, xüsusilə də qlobal daşımaların bərpası üçün Hörmüz boğazının yenidən açılmasının vacibliyini müzakirə ediblər.

Bildirilib ki, tərəflər Hörmüz boğazının açılmasının qlobal enerji bazarının sabitliyinin təmin olunması baxımından zəruri olduğu barədə razılığa gəliblər.

Donald Tramp və Kir Starmer yaxın vaxtlarda yenidən əlaqə saxlayaraq müzakirələri davam etdirmək barədə də razılaşıblar.

Bizi WhatsApp – da izləyin.