İrandan açıqlama: Elektrik sektoruna hücumlara eyni səviyyədə cavab veriləcək

İran İsrailin elektrik stansiyalarına, eləcə də region ölkələrində yerləşən ABŞ bazalarını elektrik enerjisi ilə təmin edən obyektlərə zərbələr endirməklə cavab verəcəyini açıqlayıb.

Bu barədə İran İnqilab Keşikçiləri Korpusunun yaydığı bəyanatda bildirilib.

Bəyanatda vurğulanır ki, Tehran istənilən təhdidə eyni səviyyədə cavab verməkdə qərarlıdır.

Eyni zamanda, İran İnqilab Keşikçiləri Korpusu ölkənin suyun duzsuzlaşdırılması (desalinasiya) zavodlarına hücum planlaşdırdığı ilə bağlı iddiaları təkzib edib.

“Bu, yalandır. ABŞ prezidenti bildirib ki, İran İnqilab Keşikçiləri Korpusu suyun duzsuzlaşdırılması zavodlarına hücum etməyi və region ölkələrinin əhalisi üçün çətinliklər yaratmağı planlaşdırır”, – deyə bəyanatda vurğulanıb.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bir gün əvvəl sosial şəbəkədə yazıb ki, əgər Tehran 48 saat ərzində Hörmüz boğazını açmasa, ABŞ İranın elektrik stansiyalarına zərbələr endirəcək və onları məhv edəcək.

Bizi WhatsApp – da izləyin.