“İranın enerji obyektlərinə hücumlar beş gün təxirə salındı” – Tramp

ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranın elektrik stansiyaları və enerji infrastrukturu üzrə bütün hava hücumları beş gün müddətinə təxirə salınıb.

Bu barədə Tramp sosial şəbəkə hesabında qeyd edib.

O bildirib ki, son iki gündə ABŞ və İran arasında Yaxın Şərqdə hərbi əməliyyatların tam həlli ilə bağlı çox məhsuldar və konstruktiv danışıqlar aparılıb. Danışıqların tonuna və məzmununa əsaslanaraq, o, Müdafiə Nazirliyinə göstəriş verib ki, İranın elektrik stansiyaları və enerji infrastrukturuna qarşı hər hansı hərbi əməliyyatı beş gün müddətinə təxirə salsın. Bu müddət ərzində danışıqlar və görüşlər davam edəcək.

Xatırladaq ki, Tramp bir gün əvvəl sosial şəbəkədə yazmışdı ki, əgər Tehran 48 saat ərzində Hörmüz boğazını açmasa, ABŞ onun elektrik stansiyalarına hücum edəcək və onları məhv edəcək.

Bizi WhatsApp – da izləyin.