Qarşıdakı günlərdə gözlənilən hava PROQNOZU
Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, 30 martdan 31 mart səhərinə qədər Gürcüstanda fasilələrlə yağıntı gözlənilir, bəzi yerlərdə isə güclü yağıntı olacaq. Küləyin güclənməsi, yüksək dağlıq ərazilərdə isə duman, çovğun və qar uçqunu ehtimalı var.
Çovğun, görüş məsafəsinin pisləşməsi və uçqun təhlükəsi səbəbindən avtomobil yollarının bəzi hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər.
“Gözlənilən güclü yağıntılar Gürcüstan çaylarında su səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, həmçinin təpəlik və dağlıq zonalarda sürüşmə və sel proseslərinin yaranması və aktivləşməsinə səbəb ola bilər (təhlükə səviyyəsi orta)”, – deyə agentliyin məlumatında bildirilir.
Bizi WhatsApp – da izləyin.