Baadur Şenqelia Xüsusi Tapşırıqlar Departamentinin yeni rəisi təyin olundu

Baadur Şenqelia Daxili İşlər Nazirliyinin Xüsusi Tapşırıqlar Departamentinin yeni rəisi təyin edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Daxili İşlər Naziri Sulxan Tamazaşvili Xüsusi Tapşırıqlar Departamentinin yeni rəisi, polis polkovniki Baadur Şenqelianı Departamentin əməkdaşlarına təqdim edib.

Sulxan Tamazaşvili Xüsusi Tapşırıqlar Departamentinin direktorunu təyinatı münasibətilə təbrik edib və ona işində uğurlar arzulayıb. Görüşdə Xüsusi Tapşırıqlar Departamentinin keçmiş rəhbəri Roman Kartsivadze də iştirak edib.

Məlumatda deyilir ki, Baadur Şenqeliyanın Daxili İşlər Nazirliyində uzun illər iş təcrübəsi mövcuddur.

Bizi WhatsApp – da izləyin.