Yeni tədris ili üçün məktəb formalarının təminatı: dövlət dəstəyi və satış qaydaları açıqlanıb
Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Təhsil Resursları” MMC məktəb formalarının satışı ilə bağlı yeni detalları açıqlayıb.
Qalib şirkətlə “Təhsil Resursları” MMC arasında müqavilə imzalanacaq. Bu müqaviləyə əsasən MMC məktəb formalarını satın alacaq və daha sonra onların satışını həyata keçirəcək.
Qurumun bildirdiyinə əsasən, forma zədələndiyi halda valideynlər yeni formanı birbaşa “Təhsil Resursları” MMC-dən əldə edə biləcəklər:
“Sadələşdirilmiş satınalma prosesi başa çatdıqdan sonra bütün detallara aydınlıq gətiriləcək. Prosesin yekunlaşması elan olunduqdan sonra təxminən 3 həftə çəkəcək. Qalib şirkətlə müqavilə bağlanacaq və formalar alınıb satışa çıxarılacaq. Sosial cəhətdən həssas ailələr üçün — 60 min baldan aşağı olanlar üçün — məktəb formaları dövlət tərəfindən maliyyələşdiriləcək. Qardaş-bacı məsələsi ilə bağlı da işlər aparılır və detallar proses tamamlandıqdan sonra açıqlanacaq”, – deyə MMC-dən bildirilib.
Qeyd edək ki, “Təhsil Resursları” MMC məktəb formalarının satın alınması ilə bağlı 44 milyon 900 min lari dəyərində sadələşdirilmiş tender elan edib. Sənədə əsasən, 2026–2027-ci tədris ili üçün ibtidai sinif şagirdləri üçün nəzərdə tutulan məktəb formalarının ümumi sayı 1 milyon 801 min ədəd təşkil edir.
Bizi WhatsApp – da izləyin.