365 günlük müddəti bitən namizədlər üçün yeni imkan

Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi sürücülük vəsiqəsi almaq istəyən, 365 günlük müddəti yaxın zamanda başa çatacaq namizədlər üçün imtahan bronlaşdırma prosesini sadələşdirib.

Qurumun məlumatına görə, müəyyən edilmiş 365 günlük müddəti başa çatmaq üzrə olan sürücülük namizədləri Agentliyin qaynar xətti (1272) vasitəsilə məlumat verərək imtahana yazılma imkanından yararlana biləcəklər.

Eyni zamanda, Agentlik praktiki imtahanın bronlaşdırılma qaydalarını da açıqlayıb. Qaydalar son imtahandan keçən müddətə əsasən müəyyən olunur:

● Planlı bronlaşdırma – son imtahandan 30 gündən çox vaxt keçən namizədlərə şamil edilir.

● Qeyri-planlı bronlaşdırma – son imtahandan 30 gündən az vaxt keçən namizədlərə şamil edilir.

Bizi WhatsApp – da izləyin.