Mayın 17-də Rustaveli prospektində nəqliyyat məhdudlaşdırılacaq

Ailə müqəddəsliyi günü ilə əlaqədar mayın 17-də Tbilisi şəhərində Rustaveli prospektindən Sameba Kafedral Kilsəsinə qədər yürüş keçiriləcək. Bu səbəbdən paytaxtın bir sıra küçələrində nəqliyyatın hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.

Bu barədə Tbilisi meriyası məlumat yayıb.

Məlumata görə, yürüş saat 11:00-da Kaşveti kilsəsinin ətrafından başlayacaq. 08:00-dan 14:00-dək bir sıra əsas yollarda avtomobillərin hərəkəti məhdudlaşdırılacaq. Məhdudiyyətlər xüsusilə Giya Çanturiya küçəsi, Rustaveli prospektinin Azadlıq meydanına qədər olan hissəsi, Barataşvili körpüsü və Barataşvili yoxuşundan Avlabari meydanına qədər olan ərazini əhatə edəcək.

Yürüş Azadlıq meydanından sonra Sameba Kafedral Kilsəsi istiqamətində davam edəcək və bu zaman Barataşvili körpüsü, həmçinin Avlabari meydanına qədər olan hissələrdə hərəkət mərhələli şəkildə məhdudlaşdırılacaq.

Meriya bildirib ki, yürüş başa çatdıqdan sonra nəqliyyatın hərəkəti mərhələli şəkildə bərpa olunacaq.

Bizi WhatsApp – da izləyin.