Tbilisidə ailə dəyərlərinə həsr olunmuş yürüş təşkil olundu

“Ailənin müqəddəsliyi və valideynlərə hörmət günü” ilə əlaqədar paytaxt Tbilisidə Patriarxlığın təşkilatçılığı ilə yürüş keçirilib.

Yürüşdə Prezident Mixeil Kavelaşvili, Baş nazir İrakli Kobaxidze, Parlamentin sədri Şalva Papuaşvili, Tbilisi meri Kaxa Kaladze və Patriarxlığın nümayəndələri iştirak ediblər.

Kaşvetidəki Müqəddəs Böyük Şəhid Georgi Katedralından yola düşən yürüşün iştirakçıları Müqəddəs Üçlüyün Patriarxal Katedralına gəliblər.

Üçlük Katedralı önündə Patriarx Şio III çıxış edərək ailə dəyərlərindən və onun qorunub saxlanılmasından danışıb, bundan sonra isə dualarla mərasim yekunlaşıb.

Məlumat üçün bildirək ki, yürüş Tbilisidən başqa, Kutaisi, Mtsxeta, Rustavi və Batumidə də keçirilib. Gürcüstanın katolikos-patriarxı 2014-cü ildə mayın 17-ni Ailə müqəddəsliyi günü elan edib.

Bizi WhatsApp – da izləyin.