DİQQƏT! Sürücülük vəsiqəsi almaq üçün imtahanlar asanlaşdırılıb – RƏSMİ

Daxili İşlər Nazirliyinin Xidmət Agentliyi nəqliyyat vasitəsini idarəetmə hüququnun əldə olunması üçün həm nəzəri, həm də praktiki imtahanlarla bağlı bir sıra mühüm dəyişikliklər həyata keçirib.

Belə ki, B kateqoriyalı sürücülük vəsiqəsini almaq üçün keçirilən nəzəri imtahanda namizədlərə əvvəlki kimi 3 deyil, artıq 5 səhv etmək imkanı veriləcək. Bu isə o deməkdir ki, imtahandakı 30 sualdan namizəd ən azı 25-nə düzgün cavab verməlidir.

Həmçinin, praktiki imtahanın birinci mərhələsini (meydança) uğurla keçən namizədlərə ikinci mərhələ üçün istədikləri vaxtı heç bir gözləmə olmadan agentliyin struktur bölməsində rezerv etmək imkanı yaradılıb.

Qeyd edək ki, sürücülük imtahanı prosesinin təkmilləşdirilməsi məqsədilə Qori və Batumi şəhərlərində imtahan marşrutlarında da dəyişiklik edilib.

Daha bir dəyişiklik isə cari ilin 15 iyun tarixindən qüvvəyə minəcək. Mövcud qaydaya əsasən, B kateqoriyası üzrə praktiki imtahanın ikinci mərhələsində 12-ci yüngül səhv avtomatik olaraq imtahanın dayandırılması (ağır səhv) hesab olunur. Yeni dəyişiklik qüvvəyə mindikdən sonra isə namizədlərə 14 yüngül səhv etmək imkanı veriləcək, 15-ci səhv isə imtahanın dayandırılmasına səbəb olacaq.

Bizi WhatsApp – da izləyin.