İrakli Kobaxidze müsəlman həmvətənləri Qurban bayramı münasibətilə təbrik edib
Baş nazir İrakli Kobaxidze müsəlman icmasını Qurban bayramı münasibətilə təbrik edib.
Bu barədə mətbuat xidməti məlumat yayıb.
Baş nazir bildirib ki, müsəlmanlarla əsrlər boyu davam edən birgəyaşayış, qarşılıqlı hörmət və mədəni ənənələrə ehtiram Gürcüstanın güclü gələcəyinin əsasını təşkil edir.
“Əziz müsəlman həmvətənlərimizi xeyirxahlıq, qarşılıqlı dəstək və ümid bayramı olan Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm.
Əsrlər boyu davam edən qardaşcasına birgəyaşayışımız, bir-birimizin adət-ənənələrinə və mədəniyyətinə hörmət hər birimizin qürur duyduğu sərvətdir və ölkəmizin güclü gələcəyi məhz bunun üzərində qurulur.
Bu gün ailələrinizdə hökm sürən bayram ab-havasına qoşulur, hər birinizə sülh, rifah və xoşbəxtlik arzulayıram”, – deyə baş nazir qeyd edib.
Bizi WhatsApp – da izləyin.