Tramp Paşinyanın yenidən seçilməsini dəstəklədiyini açıqladı
ABŞ Prezidenti Donald Tramp Ermənistanın Baş naziri Nikol Paşinyan barədə paylaşım edib.
Tramp sosial şəbəkədə yaydığı açıqlamada Paşinyanı “böyük dost və lider” adlandıraraq, onun Ermənistanı gücləndirdiyini, daha zəngin və təhlükəsiz ölkəyə çevirdiyini bildirib.
ABŞ prezidentinin sözlərinə görə, Paşinyan Ermənistan və ümumilikdə Cənubi Qafqaz regionunda sülh və rifahın təmin olunması ilə bağlı onun baxışlarını bölüşür.
Tramp qeyd edib ki, ABŞ dövlət katibi Marco Rubio yaxın vaxtlarda Ermənistana səfər edib və hər iki ölkə üçün əhəmiyyətli bir sıra razılaşmaların irəlilədilməsinə töhfə verib.
O bildirib ki, yaxın zamanda ABŞ və Ermənistan beynəlxalq sülh və rifah naminə əməkdaşlığın əsasını qoyacaq. Tramp bunun Cənubi Qafqazın transformasiyasına və Amerika enerji şirkətlərinin Mərkəzi Asiya ilə əlaqələrinin genişlənməsinə töhfə verəcəyini vurğulayıb.
ABŞ prezidenti, həmçinin, 7 iyun 2026-cı ildə keçiriləcək seçkilərdə Paşinyanın yenidən seçilməsini dəstəklədiyini bildirib.
“Paşinyanın köməyi ilə ABŞ, Ermənistan, Cənubi Qafqaz və Mərkəzi Asiyanı daha yüksək səviyyəyə qaldıracağıq. Ermənistanı yenidən möhtəşəm edək”, – deyə Tramp paylaşımında qeyd edib.
Bizi WhatsApp – da izləyin.