Bolnisidə dəhşət: Ana 7 yaşlı oğlunu öldürüb

Bolnisi bələdiyyəsinin Xaxalacvari kəndində dəhşətli hadisə baş verib.

Belə ki, ana 7 yaşlı oğlunu ürək nahiyəsindən bıçaqlayaraq öldürüb.

Hadisənin üzərindən bir neçə saat keçdikdən sonra qadın özünə də xəsarətlər yetirərək intihara cəhd edib. Məlumata əsasən, qadın bıçaqla özünə 10-a yaxın xəsarət yetirsə də, xəstəxanaya çatdırılıb və hazırda həkim nəzarətindədir. Qadının psixoloji problemlərinin olduğu iddia edilir.

Faktla bağlı istintaq Cinayət Məcəlləsinin 109-cu maddəsi ilə aparılır. Bu maddə ağırlaşdırıcı hallarda qəsdən adam öldürməni nəzərdə tutur.

Bizi WhatsApp – da izləyin.