Tbilisidə ağır qəza: avtomobil Kür çayına aşıb

Tbilisidə baş verən yol-nəqliyyat hadisəsi zamanı avtomobil Kür çayına düşüb.

Hadisə yerində Fövqəladə Halların İdarə Olunması Xidmətinin yanğınsöndürən-xilasediciləri tərəfindən xilasetmə əməliyyatı aparılır.

Qurumdan verilən məlumata görə, hadisə nəticəsində xəsarət alanlarla bağlı hələlik informasiya yoxdur.

Faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə istintaqa başlanılıb. Bu maddə nəqliyyatın hərəkət təhlükəsizliyi və ya istismar qaydalarının pozulmasını nəzərdə tutur.

Bizi WhatsApp – da izləyin.