“Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqı”nın 10 illik yubiley tədbiri keçirilib – VİDEO

Bu gün Qardabanidə “Gürcüstanda Azərbaycanlı Müəllimlər İttifaqı”nın 10 illik yubiley tədbiri keçirilib. Tədbirdə təşkilatın Marneuli, Bolnisi, Dmanisi və Qardabani bələdiyyələrindən, eləcə də Tbilisi şəhərindən olan idarə heyətinin üzvləri, məktəb direktorları, müəllimlər, şairlər, ictimaiyyət nümayəndələri və gənclər iştirak ediblər.

Tədbirə Gürcüstan və Azərbaycanın dövlət himnlərinin səsləndirilməsi ilə başlanılıb. Daha sonra ittifaqın 10 illik fəaliyyətinə həsr edilmiş video çarx nümayiş etdirilib.

Yubiley tədbirində çıxış edənlər Gürcüstanda Azərbaycanlı Müəllimlər ittifaqının fəaliyyətini yüksək qiymətləndirərək, təşkilatın həyata keçirdiyi layihələrin gənc nəslin inkişafına, müəllimlərə göstərilən diqqət və qayğının artmasına verdiyi töhvələrdən danışıblar. Tədbirdə təşkilatın gələcək fəaliyyət istiqaməti, planlaşdırılan mühüm layihələr və yenilik barədə də fikir mübadiləsi aparılıb.

Sonda ittifaqın idarə heyətinin üzvlərinə 10 illik yubileylə əlaqədar xatirə hədiyyələri təqdim edilərək, xatirə şəkli çəkdirilib.

Bizi WhatsApp – da izləyin.