Qardabanidə bir ilk: 22 iyunda Aşıqlar Konserti – VİDEO

Sazlı-sözlü bölgəmizin ən gözəl diyarlarından olan Qardabani bələdiyyəsindəki Balıq Evi Ailəvi istirahət mərkəzi iyun ayının 22-də ilk dəfə Aşıqlar Konserti təşkil edir.

Konsert proqramında Gürcüstanda Aşıq məktəbinin yaradıcılarından olan Xan Kamandarın, Hüseyn Saraçlının, Dədə Əmrahın, Nurəddin Qasımlının, eləcə də əslən Qardabani bələdiyyəsindən olan tanınmış ustadlarımız Aşıq Alxan Qarayazılı, Aşıq Aslan və Aşıq Bilalın xatirələri yad ediləcək.

Konsert çərçivəsində sevilən sənətkarlarımız Aşıq Həvəskar, Aşıq Elşad, Aşıq Kamandar Lətifoğlu, Aşıq Samir, Aşıq Əfqan, Aşıq Samir Qoçulu, Pərviz Aslanoğlu və muğam ustası Ariz Hüseynov sizlərlə olacaq. Möhtəşəm bayram abu-havasında baş tutacaq konsertdə siz də iştirak edərək  aşıqlarımızın solo və birgə xorla ifalarından zövq ala bilərsiz.

Xüsusilə ata-analarımızı, nənə-babalarımızı öz keçmiş xatirələrinə qaytaracaq bu günü öz valideynlərinizə ərmağan edərək Aşıqlar Konsertində bizlərlə olun. Hər kəsi 22 iyul saat 19:00-da Balıq Evi Ailəvi İstirahət mərkəzində gözləyirik!

Ətraflı məlumat üçün 598 00 90 00 telefon nömrəsilə əlaqə saxlaya bilərsiz.

Bizi WhatsApp – da izləyin.