Sosial Ədalət Mərkəzi: Gürcüstan parlamentində qanunlar müzakirəsiz və sürətlə qəbul edilib

“Sosial Ədalət Mərkəzi” 2024-cü ilin noyabrından 2026-cı ilin iyununadək Gürcüstan parlamentində aparılan qanunvericilik proseslərini qiymətləndirib.

Təşkilatın hazırladığı hesabatda qeyd olunur ki, bu müddət ərzində parlament tərəfindən 300-ə yaxın qanunvericilik təşəbbüsü və qanun layihələri paketi qəbul edilib.

Təşkilatın iddiasına görə, onların əksəriyyəti məzmunlu müzakirə aparılmadan, sürətlə qəbul olunub və insan hüquqlarının müdafiəsinə, dövlət institutlarının demokratik fəaliyyətinə və siyasi-hüquqi sistemə mənfi təsir göstərib.

Mərkəzin qiymətləndirməsinə görə, 2024-cü il parlament seçkilərindən sonra siyasi böhran, kütləvi etirazlar, müxalifət partiyalarının əksəriyyətinin parlamenti boykot etməsi və Avropaya inteqrasiya prosesinin dayandırılması fonunda parlament faktiki olaraq birpartiyalı tərkibdə fəaliyyət göstərib.

Təşkilat bildirir ki, hesabat dövründə qəbul edilən dəyişikliklər insan hüquqlarının məhdudlaşdırılması, dövlət institutlarının yenidən təşkili, icra hakimiyyətinin təsirinin genişləndirilməsi və demokratik institutların zəiflədilməsi kimi ümumi siyasi-hüquqi yanaşmanı əks etdirib.

“Sosial Ədalət Mərkəzi” həmçinin qeyd edib ki, hüquqları məhdudlaşdıran qanunvericilik təşəbbüslərinin əsaslandırılmasında populist, psevdoloji və anti-Qərb ritorikasından, eləcə də əvvəlki hakimiyyətə qarşı siyasi arqumentlərdən istifadə olunub.

Bizi WhatsApp – da izləyin.