Zaza Kviçiani Regional İnkişaf naziri vəzifəsini icra edəcək

Gürcüstanın Regional İnkişaf naziri vəzifəsinin icrası nazir müavini Zaza Kviçianiyə həvalə edilib.

Baş nazir İrakli Kobaxidzenin müvafiq sərəncamı avqustun 31-də imzalanıb.

Sərəncama əsasən, Zaza Kviçiani yeni nazir təyin edilənədək Regional İnkişaf naziri vəzifəsini icra edəcək.

Qeyd edək ki, hökumətin strukturunda dəyişikliklərlə bağlı Regional İnkişaf Nazirliyinin ləğvi və Regional İnkişaf ilə İnfrastruktur nazirliklərinin yenidən birləşdirilməsi planlaşdırılır. Parlament sədri Şalva Papuaşvilinin bildirdiyinə görə, bununla bağlı qanun layihəsi parlamentin növbəti sessiya həftəsində qəbul edilə bilər.

Xatırladaq ki, Regional İnkişaf Nazirliyi 2025-ci ilin aprelində İnfrastruktur Nazirliyindən ayrılmışdı. 2026-cı ilin iyulunda isə hökumət nazirliyin sentyabr ayında ləğv ediləcəyini açıqlamışdı.

Bizi WhatsApp – da izləyin.