Gürcüstandan Türkiyəyə uçan təyyarə suya düşüb – 2 nəfər xilas edilib

Gürcüstandan havaya qalxan və göyərtəsində 2 nəfərin olduğu kiçik təyyarə Türkiyənin Rizə vilayəti sahillərində suya düşüb.

Şəxsi təyyarənin göyərtəsindəki iki Belçika vətəndaşı xilas edilib.

Xilas edilən şəxslər xəstəxanaya çatdırılıblar.

Məlumata görə, şəxsi təyyarə Batumidən Ordu-Giresun hava limanına uçurmuş. Texniki nasazlıq səbəbindən o, sahil yaxınlığında suya qəza enişi edib.

Bizi WhatsApp – da izləyin.