Qardabani-Rustavi yolunda dəhşətli qəza: iki avtomobil toqquşdu
Qardabani-Rustavi avtomobil yolunun Botanika kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə günün birinci yarısında qeydə alınıb. Belə ki, “Opel” və Jeep markalı iki minik avtomobili toqquşub.
Qəza nəticəsində “Opel” markalı avtomobil işıq dirəyinə çırpılıb. Digər avtomobil isə yoldan çıxaraq yol kənarına aşıb.
Mövcud məlumata görə, qəza zamanı hər iki sürücü ağır xəsarət alıb. Yaralılar təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıblar.
Qardabani sakinlərinin xəbər portalımıza bildirdiyinə görə, sözügedən ərazidə sürücülərin sürətini azaltması üçün hər hansı maneə, eləcə də piyadaların keçidini göstərən yol nişanı yoxdur. Sakinlərin sözlərinə görə, bu səbəbdən həmin ərazidə tez-tez yol-nəqliyyat hadisələri baş verir.
Bizi WhatsApp – da izləyin.