Prezident administrasiyasında yeni təyinat – Luka Exvaya rəhbər oldu
Gürcüstan Prezidenti Mixeil Kavelaşvilinin administrasiyasının rəhbəri vəzifəsinə Luka Exvaya təyin edilib.
Bu barədə məlumatı Prezident Administrasiyası yayıb.
Bildirilib ki, Luka Exvaya müxtəlif vaxtlarda Gürcüstan Prezidentinin xarici siyasət məsələləri üzrə müşaviri və köməkçisi vəzifələrində çalışıb.
O, beynəlxalq münasibətlər üzrə tədqiqatçı və mütəxəssisdir. Exvaya Qafqaz Universitetinin Dövlət İdarəçiliyi Məktəbində beynəlxalq münasibətlər üzrə bakalavr, Bolonya Universitetində isə siyasi elmlər üzrə magistr dərəcəsi alıb.
O, həmçinin Leypsiq Universitetinin humanitar və sosial elmlər üzrə doktorantura proqramında qlobal və regional araşdırmalar istiqamətində, daha sonra isə Qafqaz Beynəlxalq Universitetində siyasi elmlər üzrə doktorantura təhsili alıb.
Bizi WhatsApp – da izləyin.