Maya Bitadzenin əmlak bəyannaməsi: 2025-ci ildə 119 min laridən çox deputat gəliri əldə edib

Ötən gün, Baş nazir İrakli Kobaxidze Maya Bitadzeni mədəniyyət naziri vəzifəsinə təqdim edib.

Maya Bitadzenin 2026-cı ilin yanvarında təqdim etdiyi əmlak bəyannaməsinə əsasən, onun Tbilisidə 134,5 kvadratmetr sahəsi olan mənzili var. Bitadze bu mənzili 2020-ci ildə 66 min dollara satın alıb. Eyni ünvanda 21,8 kvadratmetr sahəsi olan qaraj da onun adına qeydiyyatdadır. Qaraj 2024-cü ildə 13 806 lariyə alınıb.

Bəyannaməyə görə, Bitadzenin müxtəlif bank hesablarında 5 595 lari və 1 900 avro, nağd şəkildə isə 40 min lari, 30 min avro və 5 500 dollar məbləğində vəsaiti olub.

Onun 2025-ci il ərzində əldə etdiyi gəlirlər arasında Tbilisi Dövlət Universitetində dosent kimi 25 794 lari, Gürcüstan parlamentinin deputatı kimi isə 119 731 lari gəlir göstərilib.

Bundan əlavə, Bitadze elmi-tədqiqat fəaliyyəti çərçivəsində qonorar şəklində 1 532 avro gəlir əldə edib.

Maya Bitadze 2020-ci ildən Gürcüstan parlamentinin deputatı və Ətraf Mühit və Təbii Sərvətlər Komitəsinin sədri olub. Bundan əvvəl isə ətraf mühit nazirinin müavini və Tbilisi merinin müavini vəzifələrində çalışıb.

Bizi WhatsApp – da izləyin.