İnterpol xətti ilə beynəlxalq axtarışda olan şəxs tutulub
Daxili İşlər Nazirliyi İnterpolun qırmızı bülleteni ilə beynəlxalq axtarışda olan Ukrayna vətəndaşını saxlayıb.
Nazirliyin məlumatına görə, saxlanılan şəxs İsveçrə Konfederasiyasının hüquq-mühafizə orqanlarının tələbi əsasında qətldə ittiham olunaraq axtarışda olub.
DİN-in Mərkəzi Kriminal Polis Departamentinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsi və Acarıstan Baş İdarəsinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində axtarışda olan şəxs Batumidə saxlanılıb.
Hazırda saxlanılan şəxslə bağlı qanunvericilikdə nəzərdə tutulan ekstradisiya prosedurları həyata keçirilir.
Bizi WhatsApp – da izləyin.