Kobaxidze Türkiyənin təhsil naziri ilə görüşüb

Baş nazir İrakli Kobaxidze Gürcüstanda səfərdə olan Türkiyənin milli təhsil naziri Yusuf Tekinlə görüşüb.

Gürcüstan hökumət administrasiyasının məlumatına görə, görüşdə Gürcüstan və Türkiyə arasında siyasi və iqtisadi sahələrdə mövcud olan sıx dostluq və çoxillik uğurlu tərəfdaşlıq vurğulanıb.

Tərəflər həmçinin iki ölkə arasında təhsil və mədəni əlaqələrin daha da dərinləşdirilməsi imkanlarını müzakirə ediblər.

Görüşdə təhsil sahəsində əməkdaşlığın gücləndirilməsi məqsədilə Gürcüstan və Türkiyə arasında imzalanan saziş xüsusi qeyd olunub. Bildirilib ki, sənəd iki ölkə arasında təhsil və mədəni əlaqələrin daha da inkişafına, eləcə də şagirdlər və təhsil sahəsinin nümayəndələri üçün yeni imkanların yaradılmasına töhfə verəcək.

Baş nazir İrakli Kobaxidze bildirib ki, Gürcüstan Türkiyə ilə sıx tərəfdaşlığı davam etdirməyə və qarşılıqlı faydalı təşəbbüslərin, o cümlədən gənclər sahəsində layihələrin həyata keçirilməsinə dəstək verməyə hazırdır.

Görüşdə Gürcüstanın Təhsil, Elm və Gənclər naziri Qivi Mikanadze və hökumət administrasiyasının rəhbəri Levan Jorjoliani də iştirak ediblər.

Bizi WhatsApp – da izləyin.