Türkiyənin təhsil naziri Gürcüstan Müsəlmanları İdarəsini ziyarət edib
Türkiyə Respublikasının Milli Təhsil naziri Yusuf Tekin Gürcüstana rəsmi səfəri çərçivəsində Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Mərkəzi ofisni ziyarət edib.
Bununla bağlı məlumatı BGMİ yayıb.
Bildirilib ki, türk nazir İdarənin Qərbi-Gürcüstan müftisi Adəm Şantadze ilə görüşüb. Din xadimi qonağa idarənin fəaliyyəti, ölkədəki müsəlman icmasının vəziyyəti, həmçinin dövlət ilə idarə arasındakı mövcud münasibətlər barədə məlumat verib.
Rəsmi görüşdə BGMİ-nin icraçı direktoru Resan Qoqitidze və Administrasiya katibi Oktay İsayev də iştirak ediblər.
Görüş başa çatdıqdan sonra Yusuf Tekin, şeyx Faiq Nəbiyev və müfti Adam Şantadze ilə birlikdə cümə namazında iştirak edib.
Qeyd edək ki, qonağı Türkiyənin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Mustafa Türker Arı, Diyanət İşləri Başqanlığının Gürcüstan nümayəndəsi Mahmut Göl və Türkiyə Təhsil Nazirliyinin nümayəndəsi Yüksel Kara da müşayiət ediblər.
Bizi WhatsApp – da izləyin.