Gürcüstanda doğum və ölüm göstəriciləri açıqlanıb

Gürcüstanda 2026-cı ilin ilk 6 ayında 17 509 uşaq doğulub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə azalma deməkdir. 2025-ci ilin ilk yarısında ölkədə 17 719 uşaq dünyaya gəlib.

Bu barədə Gürcüstan Milli Statistika Xidmətinin məlumatında bildirilib.

Məlumata görə, 2026-cı ilin ilk 6 ayında Gürcüstanda 22 224 nəfər dünyasını dəyişib. Ötən ilin eyni dövründə bu göstərici 22 718 nəfər olub.

Beləliklə, 2026-cı ilin ilk yarısında təbii artım, yəni doğulanlarla ölənlərin sayı arasındakı fərq -4 715 nəfər təşkil edib.

Təbii artım yalnız Tbilisi (+424) və Acarıstan Muxtar Respublikasında (+330) müsbət olub.

Bu ilin ilk 6 ayında Gürcüstanda 10 006 nikah və 6 095 boşanma halı qeydə alınıb.

Regionlar üzrə ən çox uşaq Tbilisidə, ən az isə Raça-Leçxumi və Aşağı Svanetidə doğulub.

2026-cı ilin yanvar-iyun aylarında regionlar üzrə doğulan uşaqların sayı aşağıdakı kimidir:

Tbilisi – 6 889

Acarıstan – 2 061

İmereti – 1 985

Kvemo Kartli – 1 982

Kaxeti – 1 165

Sameqrelo və Zemo Svaneti – 1 043

Şida Kartli – 992

Samtsxe-Cavaxeti – 621

Quriya – 352

Mtsxeta-Mtianeti – 343

Raça-Leçxumi və Aşağı Svaneti – 76

“Sakstat”ın məlumatına görə, 2026-cı ilin göstəriciləri ilkin xarakter daşıyır. Dəqiqləşdirilmiş illik məlumatların 2027-ci ilin mart ayının sonunda açıqlanması gözlənilir.

Bizi WhatsApp – da izləyin.