Samtrediyada qatar 21 yaşlı gənci vuraraq öldürüb

Samtrediyada qatarın vurması nəticəsində 21 yaşlı gənc həyatını itirib.

Hadisə yaşayış məntəqəsinin yaxınlığında baş verib.

Yayılan məlumata görə, 21 yaşlı gənc ailə üzvü ilə birlikdə dəmir yolu xəttinin yaxınlığında işləyib. O, qarşı tərəfə keçmək istəyərkən bədbəxt hadisə baş verib və gənc hadisə yerində ölüb.

Faktla bağlı Cinayət Məcəlləsinin 275-ci maddəsi ilə istintaq başlanılıb.

Bizi WhatsApp – da izləyin.