AİHM Gürcüstanın Rusiyaya qarşı 4-cü dövlətələrarası müraciətini tanıyıb
Avropa İnsan Haqları Məhkəməsi (AHİM) Gürcüstanın Rusiyaya qarşı daha bir dövlətələrarası müraciətini tanıyıb.
Belə ki, Strasburq məhkəməsi daha bir “Gürcüstan Rusiyaya qarşı” işi üzrə Tbilisinin müraciətinin məqbul olduğunu bəyan edib.
İş Gürcüstanın nəzarətində olan ərazi ilə Abxaziya və Cənubi Osetiya regionları arasındakı inzibati sərhəd xəttində insan haqlarının vəziyyətinin pisləşməsi ilə bağlıdır. Məhkəmə işlə məşğul olmaq üçün yurisdiksiyasının olduğunu bəyan edib.
Qeyd edək ki, Gürcüstan hökuməti işlə bağlı Strasburq məhkəməsinə 22 avqust 2018-ci ildə müraciət edib. Bu sayca dördüncü Gürcüstan Rusiyaya qarşı dövlətlərarası işdir.