Darçiaşvili: Türkiyə ilə strateji əməkdaşlıq qlobal əhəmiyyət daşıyır

Türkiyə ilə strateji tərəfdaşlığımız çoxşaxəlidir və təhlükəsizlik, ticarət, iqtisadi, xalqlararası əlaqələr və digər sahələri əhatə edir, bu əlaqələrin inkişafına yardım edir.

Bunu Xarici işlər naziri İliya Darçiaşvili Hakan Fidanla görüşdən sonra mətbuata birgə açıqlamasında deyib.

“Regional və qlobal baxımdan Türkiyə ilə strateji tərəfdaşlıq önəmlidir. Sülh və sabitlik üçün strateji tərəfdaşlığın və əməkdaşlığın gücləndirilməsini istəyirik”, – Daçiaşvili bildirib.