ABŞ Senatı rusiyalı iş adamlarının dondurulmuş aktivlərinin Kiyevə verilməsini təsdiq edib
ABŞ Senatı rusiyalı iş adamlarının aktivlərinin dondurularaq Kiyevə verilməsi ilə bağlı büdcə layihəsinə düzəliş edib.
Bu barədə Senatın iclasında bildirilib.
Senat Rusiya oliqarxlarının aktivlərinin müsadirə edilməsinə və satışına, humanitar və hərbi yardım üçün Ukraynaya verilməsinə icazə verən düzəlişi yekdilliklə təsdiqləyib.
Onu da bildirək ki, Senat cümə axşamı yekun büdcə layihəsinə baxacaq.