Gürcüstan dəhlizində tranzit yükdaşımaları 9 mindən çox artıb

2026-cı ilin ilk 7 ayında Gürcüstan dəhlizindən keçən tranzit yük maşınlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 9 156 ədəd artıb.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin məlumatlarında qeyd olunub.

Məlumata görə, 2026-cı ilin yanvar-iyul aylarında yük avtomobillərinin ölkə ərazisindən keçirilməsindən dövlət xəzinəsinə 100 175 241 lari daxil olub. Ötən ilin eyni dövründə isə bu göstərici 96 970 399 lari təşkil edib.

Beləliklə, büdcəyə daxil olan vəsait illik müqayisədə 3,204 milyon lari artıb.

Maliyyə göstəricilərinə əsasən, bu ilin ilk 7 ayında Gürcüstan dəhlizindən ümumilikdə 286 214 tranzit yük maşını keçib. 2025-ci ilin eyni dövründə isə bu rəqəm 277 058 olub.

2025-ci ilin tam göstəricilərinə gəlincə, həmin il yük avtomobillərinin Gürcüstan ərazisindən keçirilməsindən xəzinəyə 171 286 748 lari daxil olub. İl ərzində ölkə sərhədini orta hesabla 489 390 yük maşını keçib.

Qeyd edək ki, Gürcüstan sərhədindən tranzit keçən yük maşınları üçün yol istifadəsi rüsumu 350 lari təşkil edir. Bu tarif 2022-ci il iyunun 20-dən qüvvədədir. Bundan əvvəl sürücülər 200 lari ödəyirdilər.

Bizi WhatsApp – da izləyin.