NATO Xarici İşlər Nazirlərinin görüşünə Gürcüstan da dəvət olunub

NATO xarici işlər nazirlərinin 29-30 noyabr tarixlərində Buxarestdə keçirilməsi planlaşdırılan görüşünə Gürcüstan da dəvət olunub. Bu barədə məlumatı Rumıniya mətbuatı yayıb.

RealNews Rumıniya mətbuatına istinadən xəbər verir ki, Gürcüstanla yanaşı, Ukrayna, Moldova, Finlandiya, İsveç, eləcə də Bosniya və Herseqovina da bu görüşə dəvət olunub.

Məlumata görə, dörd sessiyadan ibarət olacaq görüş Madriddə keçirilən NATO sammitində qəbul edilən qərarların icrası, Ukraynada davam edən müharibə, enerji təhlükəsizliyi və digər məsələləri əhatə edəcək.

Onu da bildirək ki, 2008-ci il Buxarest sammitindən sonra Rumıniya ilk dəfə Şimali Atlantika Alyansının sammitinə ev sahibliyi edir.