Polşaya raket düşüb – 2 nəfər həlak olub

Polşanın Ukrayna ilə sərhəddən 5 km məsafədə yerləşən Pşevodov kəndində partlayış olub.

RealNews Polşa KİV-ə istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər həlak olub.

NATO üzvü olan Polşanın ərazisindəki partlayışın Rusiyanın Ukraynaya bugünkü genişmiqyaslı raket hücumu ilə əlaqədar olduğu güman edilir.