Dekabrın 13-dək ölkə ərazisində gözlənilən hava proqnozu açıqlanıb

Milli Ətraf Mühit Agentliyinin məlumatına görə, dekabrın 13-dək Qərbi Gürcüstanda isti və əsasən yağmursuz hava şəraiti gözlənilir. Aran rayonlarında havanın temperaturu gündüz +15, +20 dərəcəyədək yüksələcək. Bəzi yerlərdə güclü külək əsəcək.

Şərqi Gürcüstanda isə əsasən yağmursuz, lakin nisbətən soyuq, buludlu və dumanlı hava gözlənilir. Havanın temperaturu gecə -4, +1 dərəcə, gündüz +5, +10 dərəcə isti təşkil edəcək.

Tbilisidə də hava yağmursuz keçəcək. Havanın temperaturunun gecə -1 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz +7, +9 dərəcə isti olacağı gözlənilir.