Tələbələrə şad xəbər: Yataqxanaların inşasına başlanılır

Gürcüstanın təhsil və elm naziri Mixeil Çxenkeli İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Caba Samuşia, Gürcüstan Texniki Universitetinin rektoru Davit Qurqenidze, İlia Dövlət Universitetinin rektoru Nino Doborcqinidze, Tbilisi Dövlət Tibb Universitetinin kansleri Zurab Orconikidze və Suxumi Dövlət Universitetinin rəbərliyinin nümayəndələri ilə görüş keçirib.

Görüşdə əsas məqsəd tələbə yataqxanaları məsələsi ilə bağlı fikir mübadiləsi aparmaqdan ibarət olub.

Görüş zamanı nazir qeyd edilən prosesi sürətləndirməyə kömək edəcək bütün imkanları ali təhsil ocaqlarının rəhbərləri ilə müzakirə edib. Nazir yataqxanaların inşası məsələsinin tələbələrin maksimum iştirakı ilə aparılmasının vacib olduğunu bildirib.

Dövlət universitetlərinin rektorları tələbə yataqxanaları ilə bağlı məsələlərin həlli istiqamətində naziri konkret təşəbbüslərlə tanış ediblər. Mixeil Çxenkeli Nazirliyin layihələrin həyata keçirilməsində onlara dəstək olacağını bildirib.

Görüşdə Gürcüstanın təhsil və elm nazirinin müavinləri Nunu Mitskeviç və Valerian Qobronidze də iştirak ediblər.