Türkiyə və Gürcüstanın müdafiə nazirləri görüşüb

Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar gürcüstanlı həmkarı Cuanser Burçuladze ilə görüşüb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Görüş Kayseri şəhərində keçirilib.

Nazirlər Azərbaycan-Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşü çərçivəsində bir araya gəliblər.