Azərbaycan və Gürcüstanın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib
Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov dekabrın 21-də Türkiyənin Kayseri şəhərində Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze ilə görüşüb.
Bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyindən məlumatında bildirilib.
İkitərəfli görüşdə ölkələrimizin ərazi bütövlüyünün qarşılıqlı şəkildə dəstəklənməsinin vacibliyi qeyd edilib, ikitərəfli hərbi əməkdaşlığın inkişafının bölgədə sabitliyin və təhlükəsizliyin təmin olunmasına töhfə verəcəyi qeyd olunub.
Tərəflər Azərbaycan və Gürcüstan arasında müdafiə sahəsində əməkdaşlığın yüksələn xətlə inkişaf etdiyini xüsusi vurğulayıblar.
Görüşdə ölkələrimiz arasında hərbi əməkdaşlığın müxtəlif sahələri üzrə ətraflı fikir mübadiləsi aparılıb, regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.